“Əl-Qaidə”-nin planı baş tutmadı

“Əl-Qaidə”-nin planı baş tutmadı

Şarm əl-Şeyxdə otelləri partlatmağa hazırlaşan 5 "Əl-Qaida" üzvü həbs edilib. SİA -nın xarici mətbuata istinadən verdiyi xəbərə görə Misir xüsusi xidmət orqanları Şarm əl-Şeyx istirahət mərkəzində və başqa bir neçə oteldə turistlərə qarşı irimiqyaslı terror aktı keçirməyə hazırlaşan 5 "Əl-Qaida" üzvünü həbs ediblər.

Qeyd edək ki, terror aktlarının Milad bayramı ərəfəsində həyata keçirilməsi planlaşdırılıb. Terrorçular Misirlə Qəzza sektorunun sərhədində saxlanıblar.

Elvin

Bütün xəbərlər Facebook səhifəmizdə