Liviyada bir qrup şəxs federalizmə geri qayıtmaq üçün etiraz aksiyası keçirib. SİA xarici mətbuata istinadən xəbər verir ki, Berka bölgəsində yaşayan qəbilələrin yaratdığı Milli Federal Blokunun təşkil etdiyi nümayişdə 1951 -ci il konstitusiyasına geri qayıtmaq və Benqazidən Tripoliyə köçürülən dövlət müəssisələrinin təkrar olaraq Benqaziyə qaytarılmasını tələb ediblər. Nümayişçilərin tələbnaməsində oxunan nitqə görə devrilmiş lider Müəmmar Qəddafinin vaxtında Benqaziyə lazımınca dəyər verilmədiyi və şəhərin diqqətdən kənar qaldığı bildirilib.
Xatırladaq ki, kral İdris əs Senusi Liviyanı İtaliya əsarətindən qurtardıqdan sonra 1951-ci ildə qəbul olunmuş konistitusiyaya görə ölkə qərbdə Tripolitaniya, şərqdə Sireneyka, cənub - şərqdə Fizan olmaqla 3 hissəyə bölünmüşdü. Devrilmiş lider Müəmmar Qəddafi 1969-cu ildə kral İdrisi devirdikən sonra ölkədə mərkəzləşdirilmiş vahid hökumət qurmuşdu.
Elvin
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB