Obama yanacaq paylanması üçün təlimat verdi

Obama yanacaq paylanması üçün təlimat verdi

ABŞ prezidenti Barak Obama "Sendi" qasırğasından sonra təsirlənən əyalətlərə yanacaq paylanması barədə təlimat verib. Qasırğadan zərər çəkən bir çox ştatda, o cümlədən New York və New Cersidə 22 milyon qallon yanacaq paylanacaq. Bir çox bölgələrə elektirk enejisinin verilməməsi və bu səbəbdən də bir çox yanacaq doldurma məntəqələrinin işini davam etdirə bilməməsi ABŞ rəhbərliyini təcili addımlar atmağa məcbur edib. Yanacaq paylanmasını hökumətlə yanaşı bir çox özəl firmalar həyata keçirəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə