Romney italyanları əsəbləşdirib

Romney italyanları əsəbləşdirib

ABŞ-da Cumhuriyyət Partiyasının prezidentliyə namizədi Mitt Romneyin ABŞ iqtisadiyyatının istiqaməti dəyişməzsə gələcəkdə İtalya iqtisadiyyatına bənzəyəcəyini deməsi italyanların qəzəbinə səbəb olub. O deyib ki, şirkət yaratmağı düşünürsünüzsə, ilk öncə Amerikanın və ya Yunanıstanın istiqamətini seçəcəyinizə qərar verin: "Biz İtalya, İspaniya və Avropadakı kimi iqtisadi böhrana gedən yoldayıq".

Buna cavab olaraq İtalya Parlamentinin üzvü, millət vəkili Osvaldo Napoli isə bildirib ki, Romneyin Avropadakı vəziyyətlə əlaqədar heç bir məlumatı yoxdur.

Bütün xəbərlər Facebook səhifəmizdə