Türkiyə Məhkəmə tibbi ekspertizasının sədri Haluk İnce ölkənin 8-ci prezidenti mərhum Turqut Özalın nəəşi üzərində aparılan tətqiqatların nəticəsinin hələ bəlli olmadığını deyib. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, o, T.Özalın bədən qalıqlarından zəhər tapılması barədə "Bü gün" qəzetində çıxan xəbərləri təkzib edib.
Bəzi məlumatlara sahib olduqlarını deyən sədr heç kimlə paylaşmadıqları bu məlumatlarla bağlı heç bir nəticə əldə etmədiklərini vurğulayıb: "Biz cəsədin qalıqlarından "Bu gün" qəzetinin iddia etdiyi maddəni tapmamışıq. Bu xəbər necə hazırlanıb, o barədə də məlumatımız yoxdur. Hazırda araşdırmalarımız davam edir və yaxın günlərdə əldə edəcəyimiz hesabatı Məhkəmə Tibbi Ekspertizası I ixtisas qurumuna göndərəcəyik".
Haluk İnce həmçinin qurumun bu hesabatını ən tezi 1 aydan sonra Baş Prokurorluğa göndəriləcəyini deyib: "Ümid edirəm ki, qurum bu hesabatı dekabr ayında Baş Prokurorluğa göndərəcək. Hesabatın nəticələrini isə biz açıqlamayacağıq. Bu prokurorluğun işidir və ehtiyac olsa məlumatları ictimaiyyətlə paylaşacaq".
Xatırladaq ki, ötən gün Türkiyədə nəşr olunan "Bu gün" qəzeti 8-ci prezident Turqut Özalın cəsədinin qalıqlarından yüksək dozada "strixnin kreatin" maddəsi tapıldığını, bu zəhərdən itlərin və siçanların öldürülməsində istifadə olunduğunu yazmışdı.
Qeyd edək ki, Türkiyənin 8-ci prezidenti Turqut Özalın zəhərlənərək öldürülməsi barədə iddiaların ortaya atılmasından sonra prokurorluq ölümün dəqiq səbəblərinin araşdırılması üçün sabiq ölkə rəhbərinin meyitinin ekshumasiyasına qərar vermişdi. Oktyabrın 2-də bu qərar icra olunub və Turqut Özalın nəşi məzardan çıxarılaraq məhkəmə tibb ekspertizasına göndərilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB