İranda ABŞ əleyhinə nümayiş keçirilib

İranda ABŞ əleyhinə nümayiş keçirilib

İranda tələbələr ABŞ əleyhinə nümayiş keçiriblər. SİA - nın xarici mətbuata istinadən verdiyi xəbərə görə nümayiş iranlı tələbələrin ABŞ səfirliyinə hücumunun 33 il dönümü münasibətilə keçirilib. İranda "cəsus yuvası" adlandırılan köhnə ABŞ səfirliyi qarşısında minlərlə tələbə ABŞ, İsrail və İngiltərə əleyhinə şüarlar səsləndiriblər. Vətəndaşların da qatıldığı nümayişdə "ABŞ -a ölüm", "İsrailə ölüm" kimi şüarlar səsləndirilib. Bu ölkələrin bayraqları yandırılıb. Tələbələr hələ də iranlıların ABŞ -ı düşən olaraq tanıdıqlarını və qonşu ölkələrdə yerləşən hərbi bazalarını bağlamağı tələb ediblər. Nümayişlərdə müsəlmanları birliyə çağırış şüarları da səsləndirilib. Nümayişdən sonra nümayişçilər cümə namazı qılmaq üçün Tehran Universitetinin həyətinə toplaşıblar.

Xatırladaq ki, 1979 - cu ildə tələbələr ABŞ səfirliyində işləyən 52 nümayəndəni 444 gün əsir saxlamışdılar. Bundan sonrada iki ölkə arasındakı diplomatik əlaqələr kəsilmişdi.

Elvin

Bütün xəbərlər Facebook səhifəmizdə