23 polis həbs olundu

Meksikada 23 polis mütəşəkkil cinayətkar qruplaşmalarla əlaqədə olduqları üçün həbs olunublar. Rəsmilərin verdiyi məlumata görə, şübhəli polislərin həbs olunması üçün 1400 polis cəlb olunub. Onlar Paytaxt Mexikoda yerləşən Chalco və Valle de Chalco məhəlləsində yaxalanıblar.

Aşağı maaşla işləyən polislərin bu cür hallara yol verməsini etiraf edən hökumət nümayəndələri həbs olunan polislərin işdən azad olunacağını deyib.

Qeyd edək ki, həbs olunan polislərin "Zeta" narkotik qruplaşmasının başçılarından olan Carlos Floresin, köhnə qubernatorun oğlu Eduardo Moreiranın öldürməsinə kömək etdikləri güman olunur. Flores isə ötən həftə ölkənin şimalındakı Coahuila əyalətində həbs olunmuşdu.

Elvin

Bütün xəbərlər Facebook səhifəmizdə