Türk hərbi təyyarələri PKK düşərgələrinin yerləşdiyi Qəndil və Hakurk bögəsini bombalayıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, avia zərbələr yerli saatla 03:00 radələrində İraq ərazisində həyata keçirilib. Bombalamanın uzun müddət davam etdiyi və çoxlu sayda ölənlərin olduğu bildirilir.
İraq hökumətinin başçısının rəsmi saytında da türk hərbi təyyarələri tərəfindən avia zərbələr endirilməsi təsdiqlənib.
Türkiyə tərəfindən isə hələlik rəsmi açıqlama verilməyib.
Elvin
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB