Rusiyanın dövlət başçısı Vladimir Putinin oktyabr ayındakı bütün xarici səyahətləri təxirə salınıb. Bunun ardınca isə səyahətlərin təxirə salınmasının onun onurğa sütunundakı narahatlıqdan irəli gəlməsi barəsində şayiə yayılıb. Rusiyanın "Vedomosti" qəzeti Putinin noyabr ayında reallaşdırması gözlənilən Türkiyə, Bolqarıstan və Hindistan ziyarətlərinin dekabra qədər təxirə salınmasını ölkə prezidentinin sağlamlığı ilə bağlı problemlərlə əlaqəli olduğunu bildirib.
Qəzetdə verilən məlumata əsasən, prezidentin səhhətindəki problem Putin motorlu planerlə istirahət edərkən köç edən durnalara yol göstərməsi əsnasında baş verib. Yayılan şayiəyə cavab olaraq Kremldən verilən məlumatda bildirilib ki, Putin idaman edən zaman səhhətində problem yaranıb. Səfərlərin təxirə salınması isə bu problemlə bağlı deyil, sadəcə Putin qarşıdakı səfərlərə daha yaxşı hazırlaşmaq istəyib.
Maraqlısı isə budur ki, Putinin yol göstərdiyi durnalar ölü tapılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB