"Əl Qaidə"nin yeni əlaqələri aşkarlanıb

"Əl Qaidə"nin yeni əlaqələri aşkarlanıb

"Əl Qaidə" qruplaşmasının Mərakeşdə yerli qruplaşmalarla əlaqələri aşkarlanıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, Mərakeş Daxili İşlər Nazirliyindən verilən açıqlamaya əsasən, ölkənin şimalındakı dağlarda təlim düşərgəsi təşkil etməyi planlaşdıran terror qruplaşması aşkarlanıb. Polis tərəfindən həyata keçirilən əməliyyatlard 9 nəfərin həbs olunduğunu bildirilir. Saxlanılanlardan müsadirə edilən əşyalar arasında "Əl Qaidə" simvollu qara bayraqlar aşkarlanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə