ABŞ növbəti qasırğaya məruz qalacaq. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, ölkənin metereoloji xidməti Nyu-Yorka daha bir qasırğanın yaxınlaşdığını bəyan edib. Ancaq bu dəfə qar qasırğası olacaq.
Bu qasırğa "Sendi" qədər dağıdıcı olmasa da, güclü qar yağması gözlənilir. Qeyd edək ki, "Sendi" qasırğası ABŞ-ın Nyu-York ştatında 37 nəfərin ölümünə səbəb olub və 5 milyon insan elektriksiz qalıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB