“Sendi”nin ABŞ-da ağır fəsadları

“Sendi”nin ABŞ-da ağır fəsadları

ABŞ-da "Sendi" qasırğası qurbanlarının sayı 94-ə çatıb. Məlumatı Reuters agentliyi yayıb. Daha bir nəfər isə Kanadada ölüb.

Nyu-York şəhərində qasırğa nəticəsində 39 nəfərin öldüyü bildirilir. Daha 8 nəfər isə Nyu-York ştatında dünyasını dəyişib. Nyu-Cersi ştatının hökuməti 13 nəfərin öldüyünü bildirib. Lakin xilasedicilər ştatda qasırğadan daha çox zərər çəkən ərazilərdə axtarışları başa çatdırmayıblar. Ona görə də yeni cəsədlərin tapılması istisna edilmir.

Nyu-York və Nyu-Cersi ştatlarında təbii fəlakətin nəticələrinin aradan qaldırılması tədbirləri davam edir. Nyu-Yorkda oktyabrın 28-də fəaliyyətini dayandıran metro noyabrın 1-dən işləməyə başlayıb. "France Press" agentliyinin məlumatına görə, meqapolisin milyona yaxın sakini hələ də işıqsız qalıb. Nyu-Yorkun elektrik təchizatının noyabrın 11-inə tam bərpa olunacağı planladırılır.

Qasırğanın vurduğu maddi ziyanın həcmi hələ bundan onra hesablanacaq. Əvvəllər müxtəlif hesablamalara əsasən ziyanın 15-25 milyard dollar ola biləcəyi bildirilirdi. Lakin Eqecat şirkəti ötən gün yeni rəqəmlər açıqlayıb. Şirkətin proqnozuna görə, "Sendi" qasırğasının iqtisadi ziyanı 30-50 milyard dollar olacaq. Daha 10-20 milyard dolları isə sığorta şirkətləri itirəcəklər. Eqecat ekspertləri hesab edirlər ki, bu rəqəmlər arta da bilər./anspress/

Bütün xəbərlər Facebook səhifəmizdə