Suriya ordusunda iranlı snayperlər var

Suriya ordusunda iranlı snayperlər var

"Suriya prezidenti Bəşər Əsədə məxsus silahlı qüvvələrin arasında iranlı snayperlər var. SİA xarici mətbuata istinadən xəbər verir ki, Azad Suriya Ordusunun komandirlərindən olan Əbu Həmmamın iddialarına görə, Hələb şəhərindəki döyüşlərdə öldürülən əsgərlərin üzərindən iran pulu çıxıb. Onun sözlərinə görə, Bəşər Əsədə verdiyi dəstəyi dayandırması üçün İran rəhbərliyinə məktub da göndəriblər.

Qeyd edək ki, Ə. Həmmam snayperlərdən götürdükləri İranın milli valyutası olan rialları da nümayiş etdirib.

Elvin

Bütün xəbərlər Facebook səhifəmizdə