Təbiətin qəzəbi...

Çində tayfun insanların həyatını iflic edib. SİA - nın məlumatına görə, Çinin cənubunda Son-Tinh tayfunu 1,26 milyon insana təsir edib. Fəlakət nəticəsində 100 min insan evakuasiya olunub.

Ölkənin cənubundakı Haynan əyalətində isə 1 nəfərin öldüyü, 6 nəfərin isə itkin düşdüyü bildirilir. Şiddətli yağış və küləkdən 44 min hektarlık əkin sahəsi və 1320 ev zərər çəkib. Ümumilikdə ölkəyə dəyən zərərin 990 milyon yuen (təxminən 158,69 milyon ABŞ dolları) olduğu bildirilir.

Elvin

Bütün xəbərlər Facebook səhifəmizdə