20 min səfərin qarşısında duran səbəb!

20 min səfərin qarşısında duran səbəb!

ABŞ-da 64 adamın ölümünə səbəb olan Sendi qasırğası milyonlarla ev və obyektləri elektriksiz buraxıb, nəqliyyat sistemini iflic edib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, ölkədə altı milyon ev və iş yeri hələ də elektriksizdir.

New York Bellevue xəstəxanasında elektrik tənzimləmə sisteminin işləməməsi səbəbilə 500 xəstə başqa xəstəxanalara nəql edilib. Metronun bu gün qismən işə başlayacağı ifadə edilir. New Jerse və New York arasındakı Holland tuneli isə hələ də sular altındadır.

Qeyd edək ki, JFK və Newark Liberty aerodromlarında təyyarə səfərlərinə yenidən başlanılıb. LaGuardia aerodromu isə hələ də bağlıdır. Qasırğa 20 min səfərin ləğv edilməsinə səbəb olub.

Bütün xəbərlər Facebook səhifəmizdə