14 nəfər soyuqdan ölüb

Avropaya yağan qar tez bir zanda öz fəsadların göstərməyə başlayıb. Beləki, Polşada hökm sürən soyuq havalar 8 gündə 14 nəfərin ölümünə səbəb olub. Varşava polis idarəsinindən verilən açıqlamada təbii fəlakət nəticəsində ölənlərinin ölkənin fərqli bölgələrindən olduğu və əksəriyyətinin kişi olduğu bildirilib. Polşada havanın soyuq keçdiyinə və həddindən artıq qar yağdığına görə, enerji kəsilib, paytaxt Varşavada 700 min insan işıqsız qalıb.

Xatırladaq ki, ötən il də soyuq hava nəticəsində 100 nəfər ölüb.

Bütün xəbərlər Facebook səhifəmizdə