Kurtlar vadisi və kürd məsələsi...

Kurtlar vadisi və kürd məsələsi...

Kurdlar Vadisi Pusunun ssenari müəllifləri Bahadır Özdener və Cüneyt Aysan türk kanallarının birində qonaq olublar. Proqram çərçivəsində Bahadır Özdener adıçəkilən filmin nə vaxt sona çatacağı barədə məlumat verib. Onun sözlərinə görə, Kurdlar Vadisinin nə vaxt qurtaracağı hələ ki məlum deyil: "Bir neçə gün bundan öncə film haqqında "Kürd məsələsi həll olunmayana qədər Kurdlar Vadisi bitməyəcək" fikri səslənib. Bu regionda məsələlər qurtarmaz. Kurdlar Vadisi də nə vaxt sona çatacaq bilmirik. Amma təbii ki, bu filmin də sonu olacaq. Bəlkə də filmi tamamilə bitirmədən onun anlayış istiqamətini dəyişərik".

"Film bu fəsil sona çatacaqmı?" sualına isə Bahadır Özdener: "Bu sual hələ ki cavabsızdır. Biz hər fəslin sonunda filmi sona çatırmış kimi çəkirik", -deyə cavab verib.

Bütün xəbərlər Facebook səhifəmizdə