Yunanıstan və İsrail hərbi hava qüvvələri ortaq təlimlərə başlayıblar. Ötən gün başlayan və 2 gün davam edəcək təlimlərdə hər iki ölkənin F16 təyyarələrinin havada müharibə və qarşılıqlı bombardıman etdikləri bildirilib.
Yunanıstan mediyasına verilən məlumatlara əsasən Larisa bölgəsində baş tutan təlimlər "İsrailin İranı vurmaq sınağı" kimi qiymətləndirilib. Qeyd edək ki, İsrail ötən həftə də öz ərazisində ABŞ-la birgə hərbi hava qüvvələrində təlimlər keçirmişdi. Bu təlimlər də "İrana mesaj verilir" kimi qiymətləndirilmişdi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB