Yunanıstanda iki jurnalist dövlət kanalında nazirlərdən birini müzakirə etdiyinə görə işdən qovulub.
Yunanıstan iqtisadi böhranın ardınca sosial sahədə ciddi çətinliklərlə qarşılaşıb. Bunlardan biri də dövlətin mediyaya qarşı mənfi təsiri olub. Dövlət kanalı olan ERT-də işləyən iki jurnalist Marilena Katsimi və Kostas Arvanitis hazırladıqları proqramda verdikləri açıqlamalarla bağlı itdiham olunub, işdən çıxarılıblar. Proqram zamanı jurnalist "The Guardian" qazetini məhkəməyə verdiyinə görə sosial müdafiə naziri Nikos Dendiasın hərəkətini "qəribə" adlandırıb. Elə bu səbəbdən də proqramdan 1 saat sonra jurnalistlər işdən qovulduqlarını öyrəniblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB