Son tarix: 2023-cü il!

Berlində Nicholas Berggruen Enstitusunun "Böhranın kənarında Avropa" adlı konfransda iştirak edən zaman Avropa Birliyinə kəskin mesaj verən Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan "2023-cü ildə Türkiyə AB-nə daxil ola biləcəkmi?" sualına "Hər halda bizi o qədər gözlətməzlər. Əgər bizi o vaxta kimi gözlətsələr özləri itirəcəklər. Ən azından Türkiyəni itirəcəkləri mütləqdir", - deyib.

Baş nazir bildirib ki, Avropa Birliyi hələ də Türkiyənin fikirlərini anlamayıb: "AB-yə yük olmağa deyil, yük alamğa gedirik. Lakin bizi anlamadılar, anlamaq istəmədilər və hələ də anlamırlar. Amma biz yenə də Avropa Birliyinə daxil olmaqda qərarlıyıq. 50 ildir ki, Birliyə daxil olmaq istəyib bunu əldə edə bilməyən ölkə yoxdur. Lakin Türkiyə 50 ildir ki, gözlədilir. Birliyə daxil olan digər 27 ölkəni araşdırsaq yarısından çoxunun Türkiyədən geridə olduğu məlum olacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə