Nyu Cersi ştatının Atlantik okean sahilləri "Sendi" qasırğası nəricəsində tamamılə dağılıb. Ştata dəyən ziyan barəsində məlumat almaq üçün hadisə yerinə gedən şəhər bələdiyyə sədri Chris Christienin vertolyotu eniş etmək üçün münasib ərazi tapmayıb. Sədr "Sendi"nin 150 mil uzunluğunda ərazini tamamilə dağıtdığı barədə: "Bu günə qədər gördüyüm fəlakətlərin ən dəhşətlisi məhz bu qasırğanın törətdiyi hadisədir. Vəziyyət təxmin etdiyimdən də pisdir", - deyib.
Bələdiyyədən verilən məlumatda ştatdakı qəsəbələrin bəzi evlərinin yalnız dam örtükləri göründüyü qeyd olunub. Nyu Cersi ştatının okean sahillərində gecə saatlarında da davam edən xilas etmə işləri nəticəsində yüzlərlə insanın xilas olunduğu bildirilib. Ümumilikdə qasırğa nəticəsində ştatda 6 nəfərin ölüb.
ABŞ prezidenti Barak Obama bölgədə baş verən fəlakəti görmək üçün bu gün Nyu Cersiyə gedib.
Nyu Cersini və Nyu-Yorku "fəlakət bölgəsi" elan edən Obama bu iki əyalətdə lazımi bütün federal yardımların olunacağını bildirib. Jurnalistlərə verdiyi açıqlamasında ölkə prezidenti qasırğanın tamamılə qurtarmadığını qeyd edib. Qasırğa nəticəsində ziyan çəkmiş amerikalılar üçün dualar edilməsini istəyən Obama: "Amerika sizinlədir", - deyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB