Moskvadan Suriyaya uçan sərnişin təyyarəsindən müsadirə olunan raket əleyhinə müdafiə (RƏM) sistemində istifadə edilən avadanlığın geri qaytarılması üçün Rusiya və Türkiyə arasında danışıqlar aparılır. "Kommersant" qəzeti xəbər verir ki, bu barədə Rusiyanın hərbi-texniki əməkdaşlıq sahədindəki diplomatik mənbə bildirib.
Əsas məqsəd bütün yükün geri qaytarılmasıdır. "Danışıqlar aparılır, amma istisna deyil ki, yükü qaytarmasınlar. Qutular sındırılarkən suriyalı pilota heç bir sənəd verilməyib", deyə mənbə vurğulayıb.
Xatırladaq ki, oktyabrın 11-də Suriyaya məxsus "Airbus A320" təyyarəsi Moskvadan Dəməşqə uçarkən Türkiyənin hava məkanında qırıcılar tərəfindən məcburi Ankara limanına endirilib. Yoxlama zamanı isə RƏM sistemində istifadə olunan avadanlıqlar aşkarlanaraq müsadirə olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB