ABŞ-da ermənilərə qarşı nifrət dalğası “Ermənilər! Ermənistana qayıdın!”
Berbank və Qlendeyl şəhərlərində ədavət zəminində törədilmiş cinayətlərin yarısı ermənilərə qarşı yönəlib
ABŞ-ın Kaliforniya ştatının Berbank və Qlendeyl şəhərlərində ötən il ədavət zəminində 8 cinayət hadisəsi baş verib. Xəbəri "Burbank Leader" qəzetinə istinadən anspress.com saytı yayıb. Los-Anceles dairəsində sakinlər arasında münasibətlər üzrə Komissiyanın əməkdaşı bildirib ki, bu cinayətlərdən 4-ü ermənilərə qarşı törədilib.
Ötən ilin əvvəllərində müəssisələrdən birinin qarşısında dayanmış avtomobilin üzərinə ermənilərə qarşı təhqiramiz ifadələr yazılıb. Bundan yeddi ay sonra başqa bir avtomobilin üzərində həmin ifadələr yenidən peyda olub. Bir ay sonra isə avtobus dayanacağındakı oturacağa "Ermənilər! Ermənistana qayıdın!" yazılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB