Amerikanın şimal əyalətlərinin indiyə qədər gördüyü ən şiddətli qasırğa - Sendi təxmin ediləndən daha çox ziyana yol açıb. Belə ki, 23 əyalətə təsir edən Sendi New York şəhərində yolları və metro tunellərini selin altında qoyub. Selin evlərə dolması nəticəsində qısaqapanmalar baş verib və bir neçə ev yanıb. 13 nəfər qasırğanın qurbanı olub. İnsanları dəhşətə gətirənsə şəhərin mərkəzi yollarında köpəkbalıqlarının üzməsi olub.
Metroloqlar Sendinin artıq adi bir qasırğa olmadığını, getdikcə tropik qasırğasına çevrildiyini deyib. Filadelfiya şəhərindən keçib quruya daxil olan Sendinin saatda 34 kilometr sürətlə irəlilədiyi bildirilib. Qasırğanın mərkəzində isə sürət saatda 176 kilometrə çatıb. Qasırğa nəticəsində ölkənin mərkəzinə qar yağmağa başlayıb. Qarın hündürlüyü dağlarda 90 santimetr, düzənlik ərazilərdə isə 45 santimetrə çatıb.
Qeyd edək ki, Amerika prezidenti Barak Obama bir çox şəhərləri fəlakət bölgəsi elan edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB