"Sendi" tropik qasırğasının qurbanlarının sayı artmaqda davam edir. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, qasırğa Nyu-York sahillərində dənizin səviyyəsini rekord həddə qaldırıb və 7 milyondan artıq insanı işıqsız qoyub. Dünən sahildə suyun səviyyəsi 4 metr qalxıb. Ölkənin şərq sahillərində yaşayan 7,1 milyon insanın elektrik enerjisi ilə təchizatında problemlər yaranıb. Ümumilikdə qasırğa nəticəsində ABŞ-da 15, Kanadada 1 nəfər ölüb.
"Sendi" qasırğası ilk olaraq Nyu-Cersi ştatının Atlantik-Siti rayonunu vurub. Bundan əvvəl qasırğanın gücü zəifləyib və tufana çevrilib. Lakin fəalkət bölgəsində güclü küləklər davam etməkdədir. Ümumilikdə qasırğadan 50 milyon insanın zərər çəkəcəyi proqnozlaşdırılır. Suyun səviyyəsinin qalması nəticəsində Nyu-York metropoliteninin tunelləri və altı avtobus parkı su ilə dolub. Nyu-Yorkdan başqa Vaşinqton, Baltimor, Boston şəhərləri də qasırğadan zərər çəkib. Filadelfiyada küləyin sürəti saat 120 kilometrədək azalıb. Yaxın günlərdə "Sendi" qasırğasının Pensilvaniya ştatına daxil olacağı gözlənilir, bundan sonra Nyu-Yorkda leysan yağışları və daşqınlar gözlənilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB