İran Hərbi Dəniz Qüvvələrinə aid gəmilər Sudanın portlarından birinə daxil olub. SİA-nın BBC News-a istinadən verdiyi məlumata görə, faktı İranın rəsmi dövlət agentlikləri də təsdiq ediblər. Fars agentliyi isə gəmilərin dəqiq yerini də açıqlayıb – Port-Sudan.
Sudan xəbər agentlikləri isə İran gəmilərinin "qonşu ölkələrə sülh və dostluq dəstəyi" və "yükdaşıyan gəmilərin dəniz quldurlarından qorumaq" missiyasını yerinə yetirdikləri barədə məlumat yayıb.
BBC News xəbər verir ki, İran gəmiləri Sudana bu ölkənin paytaxtı yaxınlığındakı "Yarmuk" hərbi zavodunda baş verən ardıcıl partlayışlardan sonra gəlib. Sudan hakimiyyətinin qənaətinə görə, silah hazırlanan zavod İsrail təyyarələrinin hücumu nəticəsində partladılıb. İsrail KİV-i isə "Yarmuk" zavodunda İranın İnqilab Keşikçiləri Korpusu Fələstinin HƏMAS təşkilatının və "İslami cihad"ın döyüşçüləri üçün silah istehsal edirmiş.
İsrail rəsmiləri isə partlayış məsələsinə münasibət bildirmək istəməyiblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB