Obama ilə Romni ermənilərin əsəblərinə toxunub

Obama ilə Romni ermənilərin əsəblərinə toxunub

ABŞ-da prezidentliyə namizədlərin kimliyindən asılı olmayaraq, seçkilərdə qələbə qazanacaq şəxs "erməni soyqırımı"nı tanımayacaq. Erməni mətbuatına istinadən verilən məlumata görə, belə bir bəyanatla Regional Araşdırmalar Mərkəzinin direktoru Riçard Kirakosyan çıxış edib. O, fikrini bununla əsaslandırıb ki, nə Mitt Romni, nə də Barak Obama ABŞ-ın erməni icmasını maraqlandıran məsələlərə toxunmayıb. Erməni politoloq deyib ki, bununla da Romni ilə Obama ABŞ ermənilərini hirsləndirib.

Erməni icması tərəfindən prezident seçkilərinin boykot edilməsinə gəlincə, Kirakosyan "seçkilərdə iştirak edib heç bir namizədə səs verməmək güclü bir addımdır" deyərək ermənilərin zəifliyini ört-basdır etməyə çalışıb. Bununla kifayətlənməyən politoloq daha absurd bir fikir səsləndirib: "Seçkilərin boykot edilməsi erməni lobbisinin mövqelərini zəiflətmir, əksinə bu, ABŞ-ın siyasi qüvvələrini qorxuya salır".

Bütün xəbərlər Facebook səhifəmizdə