Ukraynanın Regionlar partiyası ölkənin əsas seçki məntəqələrində seçici səslərinin əksəriyyətinin səsini qazanaraq seçkilərin taleyini həll ediblər. SİA-nın verdiyi məlumata görə, Regionlar partiyası 114 regionda qalib gəldiyi halda, hazırda məhbus həyatı yaşayan keçmiş baş nazir Yuliya Timoşenkonun müxalif Batıkivşina partiyasının namizədləri 28 regionda qələbə əldə ediblər. Ölkənin qərbindəki 6 dairədə milliyyətçi Azadlıq Partiyası, məşhur boksçu Vitali Kliçkonun ZƏRBƏ partiyasının üzvləri isə cəmi 4 dairə qalib gəlib.
Mərkəzi seçki Komissiyasının verdiyi məlumata görə, 40,11 faiz səslərin hesablandığı seçkilərdə hələlik hakim Regionlar Partiyası 35,61 faizlə liderdir. Timoşenkonun müxalif Batıkivşina partiyası 21,56 faiz, Kommunist Partiyası 15, 1 faiz, Vitali Kliçkonun ZƏRBƏ partiyası 12,83 faiz, millətçi Azadlıq Partiyası 8,05 faiz səs toplayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB