Əlcəzair hökuməti müstəmləkə dövrü üçün Fransanın adıçəkilən ölkədən üzr istəməsini və bu məsələni etiraf etməsini gözlədiyini bildirib.
Əlcəzair Respublikası Prezidenti yanında İnsan Haqlarını Dəstəkləyən Komissiya Fransanın Əlcəzairdəki müstəmləkə dövrünü mənfi hal kimi qəbul etməsinin vacib olduğunu bildirib.
Müstəmləkə dövrünü mənfi qiymətləndirən Komissiya Əlcəzair xalqının hafizəsindən silinməyən bu hadisəyə görə Fransanın üzr istəməsinin vacib olduğunu qeyd edib.
Xatırladaq ki, Əlcəzair 132 il Fransanın müstəmləkəsi olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB