Rusiyanın Oxot dənizində 11 nəfərlik heyətlə hərəkət edən Amurskoye adlı yük gəmisi ilə əlaqə kəsilib. Fırtınanın hökm sürdüyü dənizdə gəminin batmış olması ehtimal olunur. Cənubi Saxalin Yardım Koordinasiya Mərkəzindən verilən açıqlamada: "Amorskoye gəmisi 3 saat əvvəl fövqəladə vəziyyət siqnalı göndərib. Gəmi ilə əlaqəni bərpa etməyə çalışırıq. Amma indiyə qədər müsbət irəliləyiş əldə etməmişik"- deyilib.
Hadisə yerinə göndərilən Novik adlı tanker də gəminin izinə rast gəlməyib. Hələ də davam edən şiddətli fırtınanın axtarışlarda çətinlik törətdiyi qeyd edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB