Qurban bayramında qan gölü

Suriyada Qurban bayramının 3-cü günündə Əsəd rejiminin reallaşdırdığı hücumlarda 131 nəfər ölüb. Suriya İnsan Haqları Təşkilatının verdiyi açıqlamda isə ölkə ərazisində 22-si uşaq, 15-i qadın olmaqla 113 müxalifətçinin, təkcə Şam şəhərində 59 nəfərin öldüyü bildirilib. Daha sonra 28 insanın ölümü ilə bayram günü ölənlərin sayı 131-ə çatıb.

Suriya Ümumi Çevriliş Şurası isə bildirib ki, ordu adi günlərdə ölkə ərazisinə 103 dəfə hücum edirdisə, bayram günlərində hücum sayı artaraq 127-yə çatıb.

Bütün xəbərlər Facebook səhifəmizdə