Dönərdə nəcis tapılıb ŞOK!

Hollandiyada İstehlakçılar Birliyinin verdiyi açıqlama əhalini dəhşətə gətirib. Açıqlamada deyilib ki, Rotterdam, Amsterdam, Utrecht, Groningen və breda şəhərlərində müxtəlif məkanlardan əldə olunan 49 çörəkarası dönərdə aparılan araşdırmalarda insan və heyvan nəcisinin bakteriyaları tapılıb. Bildirilib ki, immunitet sistemi zəif olan yaşlılar və hamilə qadınlar isə ümumiyyətlə dönər yeməsinlər.

Birliyin nümayəndəsi Babs van der Staak verdiyi açıqlamada qarşılaşdığı nəticənin onu da dəhşətə gətirdiyini deyib: "Ölkənin 5 ən böyük şəhərində xidmət göstərən dönər mərkəzlərindən aldığımız 49 çörəkarası dönərdə apardığımız araşdırma bizi də dəhşətə gətirib. Dönər nümunələrinin 5-də insan və heyvan nəcisinin bakteriyalarına və "Staphylococcus aureus" bakteriyasına rast gəldik. 29 nümunədə isə insan orqanizmi üçün təhlükəli olan digər bakteriyları aşkarladıq".

Nümayəndə bildirib ki, birlik əldə olunmuş nəticələrlə bağlı müvafiq tədbirlər həyata keçirməyə başlayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə