30 ilin ən böyük qasırğası gözlənilir

30 ilin ən böyük qasırğası gözlənilir

Türkiyə mətbuatı xəbər verir ki, ABŞ prezidenti Barak Obama Sandi qasırğası səbəbilə sabah və çərşənbə axşamı günü seçki tədbirlərini ləğv edib. Ağ Evdən verilən açıqlamada Sandi qasırğasının sabah günortadan sonra ABŞ-ın şərq sahillərini vurmasını gözlənildiyinə görə, Obamanın sabah səhər Ohayo ştatında seçki turundan dərhal sonra Vaşinqtona dönəcəyi bildirilib.

Şərhdə Obamanın qasırğa ilə əlaqədar olaraq sabah günortadan sonrakı Virginia və çərşənbə axşamı Colorado seçki turlarını ləğv etdiyi bildirilib.

ABŞ son 30 ilin ən böyük qasırğasını gözləyir. ABŞ-da son 30 ilin ən şiddətli fırtınası olacağı ifadə edilən Sandi ölkənin şərq əyalətlərini sabah vuracaq.

Bütün xəbərlər Facebook səhifəmizdə