Zəvvarları daşıyan avtobus partladıldı

Zəvvarları daşıyan avtobus partladıldı

Hadisə paytaxt Bağdad şəhərindən 20 kilometr şimalda, "əl-Taci" bölgəsində baş verib. Uzaqdan idarə olunan bomba əvvəlcədən avtobusa yerləşdirilib. Bombanın partlaması nəticəsində 5 nəfər ölüb, 12 nəfər yaralanıb.

İran Həcc və Ziyarət Təşkilatının rəsmisi Əli Heydəri isə bildirib ki, zəvvarlar İranın Kaşan şəhərindən İraqın Samirə şəhərinə səfər edirmişlər: "Həmin avtobus İran Həcc və Ziyarət Təşkilatının icazəsi olmadan İraqa gedib".

Bütün xəbərlər Facebook səhifəmizdə