Ukraynada parlament seçkilərinə start verildi

Ukraynada parlament seçkilərinə start verildi

Ukraynada keçirilən parlament seçkiləri bu gün yerli vaxtla saat 8:00-da (Bakı vaxtı ilə 10:00) başlayıb. SİA-nın anspress.com saytına istinadən verdiyi məlumata görə, vətəndaşlar 450 deputat seçəcəklər, onların yarısı partiya siyahısı ilə, yarısı isə mandatlı dairələrdən seçiləcək.

Səsvermə 12 saat davam edəcək, daha sonra ekzit-polların nəticəsi açıqlanacaq. Rəsmi ilkin nəticələr isə bazar ertəsi günün ikinci yarısı açıqlanacaq.

Ukraynada parlamentə daxil olmaq istəyən partiya 5 faizlik həddi keçməlidir. Ümumilikdə beş min adam Ali Radaya (parlamentə) düşmək uğrunda mübarizə aparır.

Bütün xəbərlər Facebook səhifəmizdə