McDonalds-da bütöv toyuq başı satılıb

McDonalds-da bütöv toyuq başı satılıb

Amerikada qeyri-adi və bir o qədərdə xoşagəlməz hadisə baş verib. "Mc Donalds"-a gedən amerikalı ana Laura Coleman 6 və 8 yaşlı uşaqlarına qızarmış toyuq, hamburger və kartof alıb.

Ancaq, menyudan çıxan yemək uşaqları heyrətləndirib. Laura diqqət edərək, görüb ki, yeməyin içindən bütöv toyuq başı çıxıb. Hadisəni bilən kimi müəssisənin məsul şəxsləri ailəyə təklif edib ki, iki həftə istədikləri qədər pulsuz yemək yeyə bilərlər. Ancaq olaya həddindən artıq qəzəblənən ana məhkəməyə müraciət edib və 100 min dollar təzminat tələb edib.

O da məlum olub ki, hadisə yeni olmasa da, mediaya yeni çıxıb. Hazırda bu məsələ müxtəlif Amerika kanallarında qızğın müzakirə olunur.

Bütün xəbərlər Facebook səhifəmizdə