Bu hadisə təsadüfdürmü?

Rusiyanın Sibir vilayətindəki Ulan-Ude şəhərində ilk dəfə olaraq 4 qardaş eyni gün evlənib. Mərasim şəhər bələdiyyəsi tərəfindən "İlk toplu nikah mərasimi" olaraq qeydə alınıb. Qardaşların nigahları arasında 15 dəqiqə ara olub. Şəhərin mərkəzində 200-dən çox qonağın iştirakı ilə reallaşan toy mərasimində ilk olaraq ən böyük qardaş Vyaçeslav evlənib.

Qardaşlardan Sergey verdiyi açıqlamada, ay yarım əvvəl evlilik qərarı aldıqlarını və ilk öncə belə bir planlarının olmadığını deyib. Anasının çox duyğulandığını ifadə edən Sergey "O uşaqlarının eyni gün evlənəcəyini xəyal belə edə bilməzdi", - deyə söyləyib.

Qeyd edək ki, dörd qardaşın ən böyüyü Vyaçeslav Starkov 37, Sergey 31, İvan 29 və kiçik qardaş Andrey isə 22 yaşındadır.

Bütün xəbərlər Facebook səhifəmizdə