Estetik əməliyyatın cəzası 120 min dollar

Estetik əməliyyatın cəzası 120 min dollar

Çində bir ata "gözəl olmayan bir uşaq" dünyaya gətirdiyi üçün yoldaşını iddiham edib. Ölkənin şimalında yaşayan Jian Feng yeni doğulan övladının inanılmaz dərəcədə çirkin olduğuna qərar verdikdən sonra məhkəməyə müraciət edərək arvadından ayrılmaq istədiyini bildirib.

"Biz bir-birimizi sevərək evləndik. Ancaq qız uşağım dünyaya gəldikdən sonra hər şey dəyişdi. Uşaq yoldaşıma heç bənzəmirdi, bu məni qorxutdu"-deyən Feng ayrılmaq istədiyini bildirərkən gerçək meydana çıxıb. Qadın bildirib ki, evlənmədən əvvəl 100 min dollar xərcləyərək estetik əməliyyatlar etdirdiyini və özünü gözəlləşdirdiyini etiraf edib.

Məhkəmə qadının bu saxtakarlığına cəza kimi 120 min dollar təzminat ödəməsinə qərar verib. Feng isə boşanmaqda qərarlı olduğunu bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə