İtaliyanın keçmiş baş naziri Silvio Berluskoninin həbs müddəti 4 ildən 1 ilədək azaldılıb. SİA məlumatı France-Presse agentliyinə istinadən yayıb.
Maraqlı burasıdır ki, keçmiş baş nazir 2006-cı ildə sağ-mərkəzçi Romano Prodi hökuməti tərəfindən qəbul edilmiş amnistiya haqqında qanuna əsasən işi azaldılıb. Məlumat üçün bildirək ki, R.Prodi Berluskoniyə seçkilərdə 1 faizlik üstünlüklə qalib gəlmişdi. Necə deyərlər rəqibdən də adama xeyir dəyərmiş.
26 oktyabr 2012-ci ildə Berluskoni maliyyə fırıldağına görə, ittiham edilib və barəsində həbs qərarı çıxarılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB