Suriyada atəşkəsə heç kim əməl etmir

Razılaşmanın birinci günü artıq 146 nəfər öldürülüb
Suriyada atəşkəsə heç kim əməl etmir

Suriyada baş verən hadisələrin hansı məcraya yönələcəyi proqnozunu hen kim verə bilmir. Artıq vəziyyət tam olaraq nəzarətdən çıxıb. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, öldürülən 146 nəfərin 53-ü dinc sakin, 50-si üsyançılar, 43-ü isə hökumət qüvvələrinin üxvləridir.

Qeyd edək ki, Ramazan bayramı ərəfəsində Bəşər Əsədlə üsyançıların rəhbəri müqəddəs günlə əlaqədar 4 günlük atəşkəs rejimi haqda razılığa gəlmişdilər.

Bütün xəbərlər Facebook səhifəmizdə