İvanişvili Moskvaya şərt qoydu

Torpaqlar azad edilməyincə, Gürcüstan Rusiya ilə diplomatik əlaqələri bərpa etməyəcək

Gürcüstanın yeni hökuməti Rusiya ilə diplomatik əlaqələri bərpa etməyəcək. Yerli mətbuatın verdiyi məlumata görə, belə bir bəyanatı bu ölkənin yeni baş naziri Maya Pancikidze qurumun əməkdaşları ilə görüşdən sonra səsləndirib. O qeyd edib ki, ölkəsinin ərazisinin 20 faizi işğal altında olduğu və həmin ərazilərdə iki Rusiya səfirliyinin fəaliyyət göstərdiyi halda, Moskva ilə diplomatik əlaqələrin qurulmasından söhbət gedə bilməz.

Bununla belə Gürcüstan Rusiya ilə digər formatlarda dialoq apara bilər. Məsələn, Cenevrə formatında. Saakaşvilinin hökumətinin bu sahədə təcrübəsinin olduğunu deyən Maya Pancikidze rəhbərlik etdiyi qurumun da bu istiqamətdə fəaliyyət göstərə biləcəyini istisna etməyib.

Bütün xəbərlər Facebook səhifəmizdə