B. İvanişvili 2008-ci ilin avqust müharibəsinin təşəbbüskarı M. Saakaşvilinin olduğunu deyib
2008-ci ilin avqustunda Cənubi Osetiyada baş verən müharibə Gürcüstan prezidenti, Silahlı Qüvvələrin ali baş komandanı və keçmiş hakim "Vahid Milli Hərəkat" partiyasının lideri təşəbbüsü ilə baş verib. Gürcü mətbuatının verdiyi məlimata görə, bunu Gürcüstanın yeni seçilmiş baş naziri Bidzina İvanişvili bildirib.
"Bu böyük provokasiya sizin baş komandanlğınız və sizin tərəfinizdən planlaşdırılmışdı. Bu haqda hətta Talyavininin (Haydi Talyavini 2008-ci ilin avqustunda hərbi əməliyyatların faktlarını müəyyənləşdirmək üzrə beynəlxalq istintaq komitəsinin rəhbəri) bəyanatlarında da bildirilir. Bunu amerikalılar da, avropalılar da etiraf edir. Bizim normal rəhbərliyimiz olsa idi, bu prosesslər baş verməzdi", - deyə B. İvanişvili "Vahid Milli Hərəkat" partiyasından olan deputatlarla görüşündə vurğulayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB