O, vaxtından əvvəl səs vermiş ilk ABŞ prezidentidir
Obama tarixə düşdü

ABŞ prezidenti Barak Obama noyabrın 6-da keçirilməsi nəzərdə tutulmuş prezident seçkisində vaxtın əvvəl səs verib. Bu barədə məlumatı dövlət başçısının mətbuat xidməti də təsdiqləyib.

Qeyd edək ki, B.Obama attığı addımla tarixə də düşüb. O, vaxtın əvvəl səs verən ilk ABŞ prezidenti olub. Bunun üçün dövlət başçısı Çikaqoya gəlib, özü şəxsən seçki məntəqəsinə baş çəkib.

Oktyabrın 15-də prezidentin həyat yoldaşı Mişel Obama da vaxtından əvvəl səs verib. Ərindən fərqli olaraq xanım Obama bunu seçki məntəqəsinə gəlmədən, qutuya bülleteni şəxsən atmadan edib.

Onu da deyək ki, ABŞ-da keçiriləcək prezident seçkisində vaxtından əvvəl səsverməyə sentyabrın 27-dən start verilib. İndiyədək bu hüquqdan seçicilərin 18 faizi yararlanıb. Hesablamalara görə, hələ 31 faiz seçici də vaxtından öncə səs vermək niyyətindədir.

Bütün xəbərlər Facebook səhifəmizdə