Ermənistanda bina çökdü, 11 nəfər xəsarət aldı

Ermənistanda bina çökdü, 11 nəfər xəsarət aldı

Ermənistanın paytaxtı İrəvanda tikilməkdə olan bina uçub. Ermənistan mətbuatının verdiyi məlumata görə, hadisə nəticəsində 11 nəfər xəsarət alıb. Dağıntılar altından 8 nəfər çıxarılıb. Qalanlar isə özləri xilas ola biliblər. Onlardan 4-nün vəziyyəti ağırdır. Binanın çökməsinin əsl səbəbi ekspertizadan sonra məlum olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə