Bəşər Əsəd barışığa razıdır
Rusiyadan xəbər var

Suriya prezidenti Bəşər Əsədin hakimiyyəti Rusiya hakimiyyətinə BMT-nin və Ərəb Dövlətləri Liqasının Suriya üzrə xüsusi nümayəndəsi Lahdar Brahmi tərəfindən barışıq təklifini qəbul etməyə razı olduğunu anladıb. Bunu Rusiyanın BMT-dəki daimi təmsilçisi Vitali Çurkin deyib.

Barışığın detalları barədə oktyabrın 25-də məlumat veriləcək. "Bu barışıq tərəflərin prosesə cəlb edilməsindən asılı olacaq. Hesab edirəm ki, bundan sonra beynəlxalq ictimaiyyətin diqqəti prosesə yönələcək. Buna görə də barışığı pozan tərəf beynəlxalq ictimaiyyət tərəfindən lazımi qiymətini alacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə