Bu gün Gürcüstan paralmenti yeni baş naziri və hökumətin tərkibini təsdiq edəcək. Parlamentin iclası saat 12.00-da Kutaisidə keçiriləcək.
Prezident Mixail Saakaşvili hökumətin yeni tərkibini təsdiq üçün paralmentə bazar ertəsi göndərib. Baş nazir postuna namizəd oktyabrın 1-də keçirilmiş parlament seçkilərində qələbə qazanan "Gürcü arzusu" koalisiyasının lideri Bidzina İvanişlvilidir.
Nazirlər Kabinetinə və onun proqramına etimad parlament çoxluğunun (76-dan artıq səs) səsi ilə göstərilir. Ümumilikdə parlamentdə 150 deputat təmsil olunur. Parlament seçkilərinin rəsmi nəticələrinə görə, "Gürcü arzusu" 85 mandata sahibdir.
Hökumətin yeni tərkibi və fəaliyyət planı oktyabrın 20-də baş nazir vəzifəsinə namizəd, milyarder Bidzina İvanişvili tərəfindən açıqlanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB