Gürcüstanın ilk prezidenti Zviad Qamsaxurdiyanın oğlu Çotne həbsxanadan buraxılıb. Gürcü mediası xəbər verir ki, Çotne Qamsaxurdiyanın vəkili Keti Bekaurinin sözlərinə görə, müştərisi Gürcüstan prezidenti Mixail Saakavşilinin əfv sərəncamı ilə azadlığa çıxıb. O, Saakaşvilinin Gürcü Pravoslav Kilsəsinin rəhbəri II İliyanın müraciətini əsas tutduğunu bildirib. Qeyd edək ki, Qamsaxurdiyanın oğlunun ağır xəstə olduğu bildirilir.
Onu da deyək ki, eks-prezidentin oğlu 2010-cu ilin aprelində qəsdən adam öldürməyə cəhddə və qanunsuz olaraq odlu silah saxlamaqda ittiham edilərək 9 il yarım azadlıqdan məhrum edilib. Çotne Qamsaxurdiya zamanında bu ittihamları rədd edirdi və özünün siyasi məhbus olduğunu vurğulayırdı.
2011-ci ilin iyulunda isə Çotneyə qarşı rüşvət iddiası da irəli sürülmüş və o, daha 5 il müddətinə azadlıqdan məhrum edilmişdi. Beləcə cəza müddəti 13 il 2 aya çatmışdı.
Həbsxanada olduğu müddətdə bala Qamsaxurdiya beş dəfə aclıq aksiyası keçirib. O, belə aksiyalardan sonuncusu bu ilin sentyabrında edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB