Türkiyədə naməlum şəxslər 2 kişi, 2 qadın və 1 azyaşlı sərnişini avtomat silahla güllələyiblər
Türkiyənin Diyarbəkir vilayətində kütləvi qətl hadisəsi baş verib. "Doğan" agnetliyi (DHA) xəbər verir ki, Diyarbəkir Diclə rayonunun Uğrak kəndinin yaxınlığında minik avtomobili naməlum şəxslər tərəfindən dayandrılaraq sərnişinlər düşürülüb. Sürücünü kənara çəkən şəxslər 2 kişi, 2 qadın və 1 azyaşlı sərnişini avtomat silahla güllələyiblər. Məlumata görə, güllələnənlər hadisə yerində ölüb, qətli törödənlər isə hadisə yerindən qaçaraq uzaqlaşıblar.
Qeyd edək ki, qətl hadisəsinin 2005-ci ildə meydana gəlmiş qız qaçırmaya görə, baş verdiyi güman edilir. İstintaqa cəlb edilən sürücünün dindirilməsi davam edir. Hadisənin dəqiq səbəbləri isə təyin edilmiş ekspertizanın rəyindən sonra məlum olacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB