Onlayn qurbanlıq...

Antaliyada heyvandarlıqla məşğul olan 22 yaşlı Duyğu Yasak sosial şəbəkələrdə qurbanlıq heyvan satır. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə o, 3 gündə heyvanların 70 %-ni satmağı bacarıb.

Duyğu Yasak ticarətə ilk addımını bu sayədə atdığını deyib: "Qurban Bayramını fürsət bilib belə bir qərar verdim. Ailəmin bu işlə məşğul olması da əsas məsələ idi. Konyadan heyvanları gətirdik. Sosial şəbəkələrdə olan hesablarım vasitəsi ilə satışa başladım və uğurlu oldu" deyə bildirib.

Duyğu qurbanlıq qoyunu internetdə satdığına görə, insanların təəcübləndiyini də qeyd edib: "İnsanlar bu vəziyyətə çox təəcübləndi. 22 yaşlı qızın belə cəhd göstərməsi insanları çaşdırdı və bu satışlara müsabət təsirini göstərdi".

Bütün xəbərlər Facebook səhifəmizdə