İtaliyada 2009-cu ildə 309 nəfərin ölümü ilə nəticələnən 6.3 bal gücündə zəlzələni əvvəlcədən bilməməkdə günahlandırılan 7 mütəxəssis 6 il həbslə cəzalandırılıb. Böyük Risklər Komissiyasının üzvü olan mütəxəssislər qəsdən adamöldürmə və laqeydlik maddələri ilə günahlandırılıblar. Adları çəkilən müqəssirlər Franko Barber, Enzo Boş, Mauro Dolçe, Bernardo de Bernardinis, Julio Selvaqqi, Klaudio Eva və Canmikel Kalvin cəzalarını Laquila şəhərindəki həbsxanalardan birində çəkəcəklər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB